Geri

14 iyul 2010-cu il, saat 09:00-dək

Biləsuvar rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan köməkçi tikilinin tavanı 16kv.m. sahədə və içərisində olan 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Abışabad kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 60kv.m. olan talvarın yanar konstruksiyaları və altına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən rayon bələdiyyəsinə məxsus ərazidə 0,7ha biçilmiş əkin sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı digər sahələr mühafizə olunmuşdur. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Əbilkənd kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlamasının 1,7 tonu yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Göhərli kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Sarıbulaq kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 72kv.m. sahədə yanmışdır. Yanğın saat 15:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Naftalan şəhəri ərazisində 1ha sahədə quru ot yanmışdır. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Hil kəndində ( rayon mərkəzindən 30km aralı) kənd əhalisinə məxsus 17ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından digər əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Tikanlı kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 17:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux şəhərində vətəndaşa məxsus ümumi sahəsi 72kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 56kv.m. sahədə yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 1ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan ikimərtəbəli 3 otaqlı fərdi evin 1-ci mərtəbəsində yerləşən qarajın içərisində ev əşyaları 15kv.m. sahədə yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Düyərli kəndində (rayon mərkəzindən 18km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 18:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində (rayon mərkəzindən 18km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 12 ton ot bağlamasının 7 tonu yanmışdır. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Xilmilli kəndində (rayon mərkəzindən 32km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, İmamqulukənd kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 15 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda "İNFİNİTİ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dirəyə çırpılmış və dərəyə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən orada heç kimin olmadığı müəyyən edilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 00:08-də başa çatmışdır;

Yardımlı rayonu, Mişkireyn kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 500kq ot bağlaması yanmışdır. Yanğın saat 00:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Qarabucaq kəndində (rayon mərkəzindən 25km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 3ha quru ot yanmışdır. Yanğın saat 01:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Məlikçobanı kəndində (rayon mərkəzindən 13km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha sahədə quru ot yanmışdır. Yanğın saat 01:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Talıstan kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus tövlənin damına yığılmış 0,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunda Qarabağ kanalının Kür çayından keçən hissəsində batdığı ehtimal olunan 1 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilir;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Dənizin nəzarətsiz ərazisindən 1 nəfərin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.