Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqları vasitəsilə liftin qapısını açmış və gərgin psixoloji vəziyyətdə olan şəxsin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:31-də başa çatmışdır;
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 56kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evin eyvanının tavanı 14kv.m. sahədə yanmışdır. Yanğın saat 14:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan taxta konstruksiyalı birmərtəbəli 2 otaqlı fərdi ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Yardımlı rayonu, Yardımlı qəsəbəsində vətəndaşa məxsus ərəzidə 7ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahəsi mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Samux rayonu, Nəbiağalı qəsəbəsində kənd bələdiyyəsinə məxsus ərazidə 8ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahəsi mühafizə olunmuşdur. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 230kv.m. olan tikintisi başa çatmamış birmərtəbəli 5 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 200kv.m. sahədə yanmışdır. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağsu rayonu, Bico kəndində (rayon mərkəzindən 19km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24kv.m. olan talvarın yanar konstruksiyaları 15kv.m. sahədə və altına yığılmış 750kq. ot bağlaması yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağstafa rayonu, Soyuqbulaq kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 18ha otlaq sahəsi və meşə zolağının ətrafında 1ha sahədə kol-kos yanmışdır. Yanğından meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qusar rayonu, Bədirqala kəndində (rayon mərkəzindən 9km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Hacıqabul rayonu, Pirsaat qəsəbəsində rayon bələdiyyəsinə məxsus ərazidə 3ha quru ot yanmışdır. Yanğından yaxınlıqdakı bişilməmiş taxıl sahələri yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 17km aralı) vətəndaşa məxsus ümumi sahəsi 114kv.m. olan tövlənin çardağı 74kv.m. sahədə və içərisinə yığılmış ümumi çəkisi 7,5 ton olan ot bağlamasının 5 tonu yanmışdır. Yanğın saat 18:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapısını açmış və zərərşəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:46-da başa çatmışdır;
Qazax rayonu, Kəmərli kəndində (rayon mərkəzindən 40km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın sakinlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda "DAEWOO" markalı sərnişin avtobusu ilə "QAZ" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "DAEWOO" markalı sərnişin avtobusunda olan iki nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Xilasedicilər yaralıları avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 18:58-də başa çatmışdır;
Şəki rayonu, Sarıca kəndində (rayon mərkəzindən 60km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7,5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 20:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Şilyan kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 20 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:31-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Şiştəpə kəndində (rayon mərkəzindən 10km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 20ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olumuşdur. Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qazax rayonu, Ağköynək kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 25 ton ot bağlamasının 10 tonu yanmışdır. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən həmin mənzilə eyvandan daxil olaraq giriş qapısını açmışlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs yatmış vəziyyətdə olduğundan giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab verməyib. Əməliyyat saat 00:12-də başa çatmışdır;
Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən həmin mənzilə eyvandan daxil olaraq giriş qapısını açmışlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs yatmış vəziyyətdə olduğundan giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab verməyib. Əməliyyat saat 01:37-də başa çatmışdır;
Abşeron rayonu, Mexkalon qəsəbəsində yerləşən Xırdalan yarımstansiyasında gücü 80mVt. olan trasformatorun yağı və giriş izolyasiyası yanmışdır. Yanğından transformatorun qalan hissəsi və yaxınlıqdakı trasformatorlar mühafizə olunmuşdur. Yanğın saat 01:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140kv.m. olan toyuq hininin dam örtüyü 80kv.m. sahədə yanmışdır. Yanğın zamanı 50 ədəd ev quşu tələf olmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
11 iyul 2010-cu il tarixində dənizin nəzarət olunan hissəsində çimərkən batmış şəxsin axtarışları başa çatmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən həmin şəxsin cəsədi 13 iyul 2010-cu il tarixində sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;
Dənizin nəzarət olunan hissəsində çimərkən batmış 1983-cü il təvəllüdlü Əziz Feyzulla oğlu Əmirovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri tərəfindən sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir;
Dənizin nəzarət olunan hissəsində batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.