Geri

12 iyul 2010-cu il, saat 15:10-dək

11 iyul 2010-cu il tarixində Salyan rayonu, Sərxanbəyli kəndində kanalda batmış 1975-ci il təvəllüdlü Telman Eynulla oğlu Cahangirovun axtarışları başa çatmışdır. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicləri qeyd olunan şəxsin cəsədini bu gün sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.
Geri

12 iyul 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açaraq, mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən orada heç kimin olmadığı müəyyən edilmişdir. Əməliyyat saat 13:41-də başa çatmışdır;

Masallı rayonu, Ərkivan kəndində (rayon mərkəzindən 5km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2,5ha sahədə kol-kos yanmışdır. Yanğından ərazidəki ağaclar mühafizə olunmuşdur. Yanğın saat 13:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Xocavar kəndində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi və 0.5ha sahədə quru ot yanmışdır. Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Nəsimi kəndində vətəndaşa məxsus ümumi sahəsi 83kv.m. olan yardımçı otağın dam örtüyü 20kv.m. sahədə və içərsinə yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Caharpalasa kəndində (rayon mərkəzindən 32km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan köməkçi tikilinin tavanı 30kv.m. sahədə və içərisinə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qazax rayonu, Daşsalahlı kəndində (rayon mərkəzindən 10km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 80kv.m. sahədə yanmışdır. Yanğın saat 18:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 9km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 19:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qalağayın kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 78kv.m. olan köməkçi tikilinin tavanı 30kv.m. sahədə və içərisinə yığılmış 3 ton ot tayası yanmışdır. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda istirahət parkının ərazisində 2ha sahədə quru ot yanmışdır. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən həmin mənzilə eyvandan daxil olaraq giriş qapısını açmışlar. Mənzildə xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkarlanan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:05-də başa çatmışdır;

Şəmkir rayonu, Dəllər qəsəbəsində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ərazidə 7ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmış taxıl sahəsi mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində giriş qapısının kilidinin sınması nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzildə xilasedicilər tərəfindən gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:40-da başa çatmışdır;

Zərdab şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan yardımcı tikilinin yanar konstruksiyaları 10kv.m sahədə yanmışdır. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Əlinəzərli kəndində (rayon mərkəzindən 12km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 10 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının kilidinin sınması nəticəsində üç nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və vətəndaşlara müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 22:25-də başa çatmışdır;

Şamaxı şəhərində "Azərnerji" ASC-yə məxsus gücü 10kVt olan yarımstansiyanının şiti yanmışdır. Yanğından yarımstansiya mühafizə olunmuşdur. Yanğın saat 22:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Orucəli kəndində (rayon mərkəzindən 30km aralı) 70ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından biçilməmiş taxıl sahəsi mühafizə olunmuşdur. Yanğın saat 23:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ərazidə 1ha biçilməmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllərcəyir kəndində (rayon mərkəzindən 20km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5ha sahədə biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Ruşan kəndində (rayon mərkəzindən 15km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunmayan hissəsində çimərkən batmış 1992-ci il təvəllüdlü Xəyal Ağayar oğlu Əzizovun, Mingəçevir su anbarında çimərkən batmış 1990-cı il təvəllüdlü Orxan Vüqar oğlu Mustafayevin və İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində göldə çimərkən batmış 1983-cü il təvəllüdlü Samir İsrafil oğlu Hüseynovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çıxarılmışdır;

Batdığı ehtimal olunan 2 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilir.