Geri

11 iyul 2010-cu il, saat 09:00-dək

Xaçmaz rayonu, Xudat şəhərində kənd əhalisinə məxsus ərazidə 3ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından ərazidə olan meşə zolağı mühafizə olunmuşdur. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Köhnə Xudat kəndində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Gəncəli kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Gədik Qışlaq kəndində vətəndaşa məxsus həyətyanı sahədə 750kq ot bağlaması yanmışdır. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Tola kəndində (rayon mərkəzindən 24km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 0,5ha sahədə kol-kos yanmışdır. Yanğından yaxınlıqdakı taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonu, Xınışlı kəndində (rayon mərkəzindən 6km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 0,2ha sahədə quru ot yanmışdır. Yanğın saat 15:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Qovlar qəsəbəsində vətəndaşa məxsus bağ sahəsində 200kv.m. sahədə quru ot və 40 ədəd meyvə ağacı yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Ləcət kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 40kv.m. olan talvarın yanar konstruksiyaları və altına yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Tərkeş kəndində kənd əhalisinə məxsus ərazidə 1,4ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Xudat şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 25kv.m. olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Kürdşaban kəndində (rayon mərkəzindən 22km aralı) vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 25kv.m. olan talvarın yanar konstruksiyaları yanmışdır. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Səmədabad kəndində (rayon mərkəzindən 8km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdir. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda 1ha sahədə quru ot yanmışdır. Yanğın saat 19:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Qayıdış qəsəbəsində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ərazidə 1ha biçilmiş taxıl və 1ha quru ot sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Xocavənd qəsəbəsində (rayon mərkəzindən 18km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 1ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 22:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zərdab rayonunda rayon bələdiyyəsinə məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 2kv.m. sahədə yanmışdır. Yanğın zamanı evdə olan bir nəfər tüstüdən zəhərlənmiş və hadisə yerində aidiyyəti qurum tərəfindən ilkin yardım göstərilmişdir. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dənizin nəzarət olunan hissəsində batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.