Geri

10 iyul 2010-cu il, saat 09:00-dək

Neftçala şəhərində vətəndaşa məxsus "VAZ" markalı avtomobilin elektrik avadanlığı yanmışdır. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonunda Gəncə Lokomotiv Deposuna məxsus teplovozun mühərriki və soyuducu kamerası yanmışdır. Yanğından teplovozun qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 15:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Ərkivan kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,5 ton ot bağlaması yanmışdır. Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından sonuncu mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə xəstə və hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:52-də başa çatmışdır;

Ağstafa rayonu, Tatlı kəndində (rayon mərkəzindən 17km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 7ha biçilmiş taxıl və 18ha otlaq sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahəsi mühafizə olunmuşdur. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Çinarlı qəsəbəsində kənd bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə quru ot yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Xolqaraqaşlı kəndində (rayon mərkəzindən 60km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Haramı düzündə (rayon mərkəzindən 25km aralı) 40ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonunda vətəndaşa məxsus ərazidə 2ha biçilmiş taxıl sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 21:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Köçəkli kəndində (rayon mərkəzindən16km aralı) vətəndaşa məxsus həyətdə 3 ton ot bağlaması yanmışdır. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ rayonu, Bayramkoxalı kəndində (rayon mərkəzindən 33km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 4 ton ot bağlaması yanmışdır. Yanğın zamanı 3 baş iribuynuzlu heyvan tələf olmuşdur. Yanğından yaxınlıqdakı ev mühafizə olunmuşdur. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu Tatlı kəndində (rayon mərkəzindən 20km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 9ha otlaq sahəsi yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahəsi mühafizə olunmuşdur. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində dörd nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapısını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:13-də başa çatmışdır;

Şirvan şəhərində şəhər bələdiyyəsinə məxsus ərazidə 3ha sahədə quru ot yanmışdır. Yanğın saat 01:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda inzibati binanın həyətində tikilmiş "Azenerji" ASC-yə məxsus ümumi sahəsi 50kv.m olan yarımstansiyanın dam örtüyünün yanar konstruksiyaları 8kv.m sahədə və içərisində gücü 0,4kVt olan paylayıcı lövhənin sarğıları yanmışdır. Yanğından yarımstansiyanın qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapısını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:19-da başa çatmışdır;

Xaçmaz rayonu, İzmayılov qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlaması yanmışdır. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizin nəzarət olunan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 10 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.