Geri

01 iyul 2010-cu il, saat 18:15-dək

Abşeron rayonunda "BMW" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı daş hasara çırpılıb. Yanğın hadisəsi olmayıb. Nəticədə, minik avtomobili deformasiyaya uğrayıb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılıb. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görərək, ərazini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:24-də başa çatıb;
Geri

01 iyul 2010-cu il, saat 09:00-dək

29 iyun 2010-cu il tarixində Şamaxı rayonu, Mərzəndiyə kəndində göldə batmış 1979-cu il təvəllüdlü Emin Səfalı oglu Abdullayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:15-də başa çatıb;

Salyan rayonu, Ələt-Astara yolunun 52-ci km-də vətəndaşa məxsus "KTZ" markalı traktorun qoşqusuna yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yardımlı rayonu, Şiləvəngə kəndində (rayon mərkəzindən 5km.aralı) kənd bələdiyyəsinə məxsus ərazidə biçilmiş otlaq sahəsi 2000kv.m. sahədə yanmışdır. Yanğından yaxınlıqdakı əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda Gəncə şəhəri Qənnadı Fabrikinə məxsus ərazidə quru ot 1500kv.m. sahədə və 4 ədəd ağac yanmışdır. Yanğın saat 16:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan taxta qurutma sexinin yanar konstruksiyaları 30kv.m. sahədə, taxta qırıntıları və quru ot 100kv.m sahədə yanmışdır. Yanğından sexin qalan hissəsi və bitişik sexlər mühafizə olunmuşdur. Yanğın saat 16:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Xəzərkənd kəndində (rayon mərkəzindən 74km.aralı) biçilmiş taxıl sahəsi 300ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, PMK yaşayış massivində kənd bələdiyyəsinə məxsus ərazidə kol-kos 12ha sahədə  və biçilmiş taxıl 3ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş yonca sahəsi mühafizə olunmuşdur. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay rayonu, Kütşaban kəndində (rayon mərkəzindən 19km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 10ha olan biçilmiş taxıl 4ha sahədə  yanmışdır. Yanğından sahənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Sarvan kəndində vətəndaşa məxsus biçilmiş taxıl 2ha sahədə və biçilməmiş taxıl 0,35ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı biçilməmiş taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Könüllü kəndində (rayon mərkəzindən 18km. aralı) quru ot 8ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı  əkin sahələri mühafizə olunmuşdur. Yanğın saat 18:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Hacısəmədli kəndində (rayon mərkəzindən 15km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 30kv.m. olan tövlənin dam örtüyü və 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda açıq sahədə quru ot 2000kv.m sahədə və 3 ədəd ağac yanmışdır. Yanğın saat 18:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki  rayonu, Turan qəsəbəsində (rayon mərkəzindən 45km. aralı) Turan qəsəbə Bələdiyyəsinə məxsus ərazidə biçilmiş taxıl sahəsi 12ha sahədə yanmışdır. Yanğından sahənin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 19:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonu, Qarabağlı kəndində (rayon mərkəzindən 30km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan avtomobillərin təmiri sexində köhnə şinlər 120kv.m. sahədə və quru ot 380kv.m sahədə yanmışdır. Yanğın saat 19:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu, Molla İsaxlı kəndində (rayon mərkəzindən 36km. aralı) ayrı-ayrı vətəndaşlara məxsus tövlələrin yanar konstruksiyaları, içərisinə yığılmış 7 ton ot, biçilməmiş taxıl sahələri 3ha və biçilmiş taxıl sahələri 40ha sahədə yanmışdır. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus həyətdə 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 20:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Qalaqayın kəndində (rayon mərkəzindən 10km. aralı) biçilmiş taxıl sahəsi 17ha sahədə və yaxınlıqda yerləşən vətəndaşa məxsus həyətdə 5 ton ot tayası yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 10km. aralı) vətəndaşa məxsus həyətdə 7 ton ot bağlaması yanmışdır. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Hacıqabul rayonunda, yolun kənarında quru ot 2ha sahədə yanmışdır. Yanğın saat 22.36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda quru ot 1000kv.m sahədə yanmışdır. Yanğından zeytun ağacları mühafizə olunmuşdur. Yanğın saat 23:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Beyləqan rayonu, Harami düzündə (rayon mərkəzindən 50km. aralı) sərhəd zonasında quru ot və kol-kos 4ha sahədə yanmışdır. Yanğından yaxınlıqdakı taxıl sahələri mühafizə olunmuşdur. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaş tərəfindən icarəyə götürülmüş onaltımərtəbəli binada yerləşən ümumi sahəsi 30kv.m. olan dükanın içərisində ərzaq malları 10kv.m. sahədə yanmışdır. Yanğından mağaza və mənzillər mühafizə olunmuşdur. Yanğın saat 00:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Aşağı Cürəli kəndində (rayon mərkəzindən 10km. aralı) vətəndaşa məxsus ümumi sahəsi 45kv.m olan tikilinin içərisinə yığılmış 750kq. ot bağlaması yanmışdır. Yanğın saat 00.30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq  xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzildə xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkarlanan vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:15-də başa çatmışdır;

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36kv.m. olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 03.08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 25kv.m. olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə  dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan şəxsin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat  08:48-də başa çatmışdır;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.