Geri

29 iyun 2010-cu il, saat 09:00-dək

Saatlı rayonunda, Molla Vəzli kəndində (rayon mərkəzindən 6km aralı) vətəndaşa məxsus 500kq ot bağlaması yanmışdır. Yanğın saat 13:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 20kv.m. olan istifadəsiz köşkün yanar konstruksiyaları və yaxınlıqda olan 4 ədəd ağac yanmışdır. Yanğın saat 13:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonu, Böyük Bəhmənli kəndində vətəndaşa məxsus həyətyanı sahədə 6 ton ot bağlaması və çəpər 30p.m. uzunluqda yanmışdır. Yanğın saat 14:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilə qalxaraq pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə xəstə vəziyyətində aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 16:21-də başa çatmışdır;

Neftçala rayonu, Xol-Qarabucaq kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları yanmışdır. Yanğın saat 16:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonu, Müktədir qəsəbəsində dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş bir nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 16:34-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda C.Naxçıvanski adına hərbi məktəbin ərazisində quru ot 200kv.m. sahədə yanmışdır. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonunda quru ot 4ha sahədə yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir şəhərində həyətyanı sahədə taxta materialları 2 kub metr həcmdə yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Karrar kəndində (rayon mərkəzindən 20km aralı) Karrar Kənd Bələdiyyəsinə məxsus ərazidə kol-kos 8ha sahədə yanmışdır. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, İrmaşlı kəndində (rayon mərkəzindən 10km aralı) İrmaşlı Kənd Bələdiyyəsinə məxsus ərazidə quru ot 800kv.m. sahədə yanmışdır. Yanğın saat 18:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Saloğlu kəndində Saloğlu Kənd Bələdiyyəsinə məxsus ərazidə quru ot 53ha sahədə yanmışdır. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus "ER PETROL" yanacaqdoldurma məntəqəsində "Kamaz" markalı yanacaq avtomobilinin yanar hissələri və 20 tonluq yanacaq çəni yanacaqla birlikdə (benzin), həmçinin, ümumi sahəsi 320kv.m. olan yanacaqdoldurma məntəqəsinin yanar konstruksiyaları 120kv.m. sahədə yanmış, 2 nəfər yanıq xəsarətləri almışdır. Yaralılar xəsətəxanaya aparılmışdır. YDM-nin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Ərəbmehdibəy kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 230kv.m. olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 12 ton ot bağlaması yanmış, tövlədə olan 60 ədəd ev quşu tüstüdən boğularaq tələf olmuşdur. Yanğınsöndürənlər tərəfindən 100 baş xırdabuynuzlu və 6 baş iribuynuzlu heyvan yanğından xilas edilmişdir. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Sarıcalar kəndində (rayon mərkəzindən 16km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 25kv.m. olan talvarın yanar konstruksiyası 12kv.m. sahədə və həmin talvarın altına yığılmış 1 ton ot bağlaması yanmışdır. Yanğın saat 05:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.