Geri

28 iyun 2010-cu il, saat 09:00-dək

Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 9km aralı) vətəndaşa məxsus "T-28" markalı traktorun qoşqusuna yığılmış 1800kq ot bağlaması yanmışdır. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda iki "VAZ" markalı minik avtomobili və bir "DAEWOO" markalı sərnişin avtobusu toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramış, 1 minik avtomobilində olan 5 nəfər yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə minik avtomobilini avtobusun altından çıxararaq yoldan götürülməsini təmin etmiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:37-də başa çatmışdır;

İsmayıllı rayonu, Talıstan kəndində (rayon mərkəzindən 6km.aralı) vətəndaşa məxsus ümumi sahəsi 63kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 57kv.m. sahədə və içərisinə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 28km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 12kv.m. sahədə və həmin tövləyə yığılmış 500kq ot bağlaması yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran şəhərində qəbirstanlıqda quru ot 1,5ha sahədə yanmışdır. Yanğın saat 14:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Xırdaoymaq kəndində (rayon mərkəzindən 24km. aralı) ümumi sahəsi 300kv.m. olan ikimərtəbəli 8 otaqlı fərdi evin yanar konstruksiyaları 150kv.m. sahədə yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus qarajın içərisində əşyalar 2kv.m. sahədə, "Hyundai" markalı minik avtomobilinin yanar hissələri, qarajın yaxınlığında məişət tullantıları və quru ot 140kv.m. sahədə yanmışdır. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Samux rayonu, Kolayır kəndində (rayon mərkəzindən 11km aralı) həyətyanı sahədə 27ton ot bağlaması yanmışdır. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə onikimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzildə xəstə vəziyyətdə aşkarlanmış vətəndaş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:17-də başa çatmışdır;

Sumqayıt şəhərində Bakı-Quba yolunun 40-cı kilometrliyində "VAZ" markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanmışdır. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Kəpəz rayonunda tikinti şirkətinə məxsus ümumi sahəsi 25kv.m. olan vaqon tipli köməkçi otağın yanar konstruksiyaları qismən və içərisinə yığılmış əşyalar yanmışdır. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda "McDonalds" restoranına məxsus ümümi sahəsi 12kv.m. olan generator otağının yanar konstruksiyaları, elekrtik generatorunun və  elektrik tənzimləyicisinin yanar hissələri yanmışdır. Yanğın saat 05:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir.