Geri

09 may 2010-cu il, saat 09:00-dək

6-7 may 2010-cu il tarixlərində Quba rayonunun Qonaqkənd kəndində torpaq sürüşməsi baş vermişdir. Sürüşmə zonasının eni 60m, uzunluğu 150m, hündürlüyü 30sm təşkil etmişdir. Sürüşmə sonasında yerləşən 6 fərdi evdən biri zədələnərək qəzalı vəziyyətə düşmüşdür. Həmin evin sakinləri köçürülmüşdür;

Quba rayonunun Qarxun kəndində də torpaq sürüşməsi baş vermişdir. Sürüşmə zonasının eni 150-200m, uzunluğu 100-150m, hündürlüyü 60-80sm təşkil etmişdir. Təhlükəli hesab edilən ərazidə 9 fərdi ev və 2 inzibati binanın yerləşdiyi bildirilir. Bundan başqa, kənddə intensiv yağan yağışlar nəticəsində 3 fərdi evin dam örtüyü və daşıyıcı divarları çökmüşdür. Yağış suları nəticəsində kəndə gələn yol bağlanmışdır;

Yağış suları Quba rayonunun Söhüb kəndində də bir sıra fəsadlar törətmişdir. Belə ki, təhlükəli hesab edilən ərazidə yerləşən 6 fərdi evdən biri zədələnərək qəzalı vəziyyətə düşmüşdür. Həmin evin sakinləri köçürülmüşdür;

Qusar rayonunun Böyük Mucuq kəndində də torpaq sürüşməsi baş vermişdir. Sürüşmə zonasının eni 80-100m, uzunluğu 120m, hündürlüyü 40-50sm təşkil etmişdir. Sürüşmə sonasında yerləşən 5 fərdi evdən biri zədələnərək qəzalı vəziyyətə düşmüşdür. Həmin evin sakinləri köçürülmüşdür. Kəndin ərazisindən keçən avtomobil yolu 100m uzunluqda dağılmışdır;

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin mütəxəssisləri digər aidiyyəti qurumların nümayəndələri ilə birgə qeyd olunan hadisə yerlərində zəruri tədbirlər görmüşlər;

Qobustan rayonunun Poladlı kəndində dağlıq ərazidə torpaq sürüşməsi baş vermişdir. Sürüşmə zonasının eni 200m, uzunluğu 400-500m təşkil etmişdir. Təhlükəli hesab edilən zonada 2 fərdi evin yerləşdiyi bildirilmişdir. Hadisə ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin mütəxəssisləri digər aidiyyəti qurumların nümayəndələri ilə birgə hadisə yerində zəruri tədbirlər görmüşlər;

Şəmkir rayonu, Dəlilər qəsəbəsində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 350kv.m. olan tikilidə çardağın yanar konstruksiyaları 4kv.m. sahədə yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 117kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evdə dam örtüyünün yanar konstruksiyaları 117kv.m. sahədə yanmışdır. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.