Geri

30 may 2010-cu il, saat 09:00-dək

Qəbələ rayonu, Nic qəsəbəsində "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılmışdır. Nəticədə, avtomobil deformasiyaya uğramış, sürücü 1957-ci il təvəllüdlü Qurban Mehralı oğlu Həmidov həlak olmuşdur. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:35-də başa çatmışdır;

Gədəbəy rayonu, Samanlıq kəndində (rayon mərkəzindən 35km aralı) vətəndaşa məxsus ümumi sahəsi 360kv.m. olan ikimərtəbəli 8 otaqlı fərdi evin yanar konstruksiyaları 120kv.m. sahədə yanmışdır. Yanğın saat 08:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonunun Əlik kəndində torpaq sürüşməsinə meylli ərazilərdə aktivləşmə müşahidə edilmişdir. Hazırda sürüşmə ərazisinin qırılma qaşının hündürlüyü
1,0-1,5m, eni 30,0m təşkil edir. Qırılma qaşının Əlik çayına qədər və bir o qədər də dağ istiqamətində, təxminən, 1200-1500m məsafədə müxtəlif çatların və yeraltı suların yer səthinə çıxması müşahidə olunur. Ərazidə yerləşən 13 fərdi evdə müxtəlif ölçülü çatlar əmələ gəlmiş, 4 ev isə qəzalı vəziyyətdədir. Sürüşmə prosesi aktivdir. Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin və aidiyyəti qurumların mütəxəssisləri hadisə yerində müvafiq tədbirlər həyata keçirirlər.