Geri

29 may 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda 16 mərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 10:48-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:58-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:48-də başa çatmışdır;

Qobustan şəhərində həyətyanı sahədə 1200kq ot bağlaması yanmışdır. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində Bakı-Quba yolunun 40-cı kilometrliyində vətəndaşa məxsus ümumi sahəsi 300kv.m. olan tövlənin yanar konstruksiyası 50kv.m. sahədə yanmışdır. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.