Daxil olmuş məlumata əsasən, Kür çayının Hacıqabul rayonu, Meyniman kəndi yaxınlığında dağılmış bəndi saat 22:50-də bağlanmışdır. Hazırda bəndbərkitmə işləri davam etdirilir;
Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində iki nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:04-də başa çatmışdır;
Ağstafa rayonu, Yuxarı Göyçəli kəndində (rayon mərkəzindən 10km aralı) fərdi yaşayış evinin həyətində ümumi sahəsi 28kv.m. olan köməkçi tikilidə tavanın yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda tikintisi başa çatmamış ümumi sahəsi 15kv.m. olan birmərtəbəli 1 otaqlı fərdi evin yanar kostruksiyaları tamamilə yanmışdır. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.