Geri

23 may 2010-cu il, saat 09:00-dək

Böyük Qafqaz dağlarına yağan yağışlar Pirsaat çayında suyun artmasına səbəb olmuşdur. Nəticədə, Pirsaat çayının Hacıqabul rayonu Navahı kəndi ərazisindən keçən hissəsində kəndin əkin və örüş sahələri qismən daşqın suları altında qalmışdır. Hazırda hadisə yerində aidiyyəti qurumlar tərəfindən müvafiq tədbrilər görülür;  

Bakı şəhəri, Əzizbəyov rayonu ərazisində dənizdə naməlum cəsədin aşkarlanması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəsədi sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:20-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "Hyundai" və "VAZ" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər və "VAZ" markalı minik avtomobilində olan sərnişin yaralanmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər yaralılara ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 17:01-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ruhi xəstə olan həmin şəxs giriş qapısını açmır. Xilasedicilər xəstə ilə müvafiq psixoloji söhbətlər apardıqdan sonra mənzilin qapısının açılmasına nail olmuş və zərəçəkmişi aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:20-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda "BMW"markalı minik avtomobili sürücünün idarəetməsindən çıxmış və səkiyə çırpılaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmıdır. Yaralı xəstəxanaya aparılmışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 04:18-də başa çatmışdır.