Geri

22 may 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Əzizbəyov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250kv.m. olan tikintisi başa çatmamış birmərtəbəli 4 otaqlı fərdi evdə dam örtüyünün yanar konstruksiyaları 50kv.m. sahədə yanmışdır. Yanğın saat 06:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Son dövrlər yağan yağışlar Sumqayıtçay çayında bolsululuğa səbəb olmuşdur. Nəticədə, 21 may 2010-cu il tarixində saat 07:30 radələrində Sumqayıtçay çayı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ərazisindən keçən hissəsində məcrasından çıxmış və həmin ərazidə yerləşən körpüdə təhlükəli vəziyyət yaratmışdır.

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində dörd nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:42-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda onaltımərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətədə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, müvafiq alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan vətəndaşın lifdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:49-da başa çatmışdır.