Geri

21 may 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10kv.m. olan köşkün yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə tamamilə yanmışdır. Yanğın saat 14:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

20 may 2010-cu il tarixində respublikanın bəzi şimal rayonlarında hava şəraiti dəyişmiş, dağlıq ərazilərdə leysan xarakterli yağışlar yağmışdır. Nəticədə, Ataçay çayının Siyəzən rayonu ərazisindən keçən hissəsində gursululuq yaranmış və sahil mühafizə bəndinin bir hissəsi dağılmış, rayonun Böyük Həmyə və Balaca Həmyə kəndlərində bəzi ərazilər daşqın suları ilə dolma təhlükəsi ilə üzləşmişdir. Yağıntıların səbəb olduğu sel nəticəsində Ataçay çayının üzərindən salınmış qaz boru xəttinin bir hissəsi dağılmışdır. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmamışdır. Görülmüş tədbirlər nəticəsində gecə saatlarında bənd bərpa olunmuşdur. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir;

21 may 2010-cu il tarixində gecə saatlarında Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi yuyulmuşdur. Nəticədə, rayonun Allahmədətli və Telişli kəndlərinin ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolmuşdur. Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür.