Geri

21 may 2010-cu il, saat 18:16-dək

Bakı şəhəri, Qaradağ rayonunda Şirvan-Böyük Şor neft kəmərinin 65,8-ci kilometrliyində, boru xəttinin altında partlayıcı qurğunun aşkarlanması barədə Fövqəladə Hallar Nazirliyinin "112 zəng mərkəzi"nə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların mütəxəssisləri ilə birgə aşkarlanmış sursatın 2 ədəd tank əleyhinə təlim minası olduğunu müəyyən etmişlər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə axtarış işləri aparmışlar. Axtarış nəticəsində digər şübhəli əşya aşkar olunmamışdır. Əməliyyat saat 14:25-də başa çatmışdır.

Geri

21 may 2010-cu il, saat 17:45-dək

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 57kv.m. olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 17kv.m. sahədə yanmışdır. Yanğın saat 09:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür
Geri

21 may 2010-cu il, saat 16:00-dək

Bakı şəhəri Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cu mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:33-də başa çatmışdır.                                                                                   

Geri

21 may 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10kv.m. olan köşkün yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə tamamilə yanmışdır. Yanğın saat 14:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

20 may 2010-cu il tarixində respublikanın bəzi şimal rayonlarında hava şəraiti dəyişmiş, dağlıq ərazilərdə leysan xarakterli yağışlar yağmışdır. Nəticədə, Ataçay çayının Siyəzən rayonu ərazisindən keçən hissəsində gursululuq yaranmış və sahil mühafizə bəndinin bir hissəsi dağılmış, rayonun Böyük Həmyə və Balaca Həmyə kəndlərində bəzi ərazilər daşqın suları ilə dolma təhlükəsi ilə üzləşmişdir. Yağıntıların səbəb olduğu sel nəticəsində Ataçay çayının üzərindən salınmış qaz boru xəttinin bir hissəsi dağılmışdır. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmamışdır. Görülmüş tədbirlər nəticəsində gecə saatlarında bənd bərpa olunmuşdur. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir;

21 may 2010-cu il tarixində gecə saatlarında Sarısu gölünün İmişli rayonu ərazisindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi yuyulmuşdur. Nəticədə, rayonun Allahmədətli və Telişli kəndlərinin ətrafındakı bəzi ərazilər daşqın suları ilə dolmuşdur. Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür.