Geri

20 may 2010-cu il, saat 09:00-dək

Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndindən keçən hissəsində sahil mühafizə bəndinin bir hissəsi dağılmışdır. Saat 12:40-da aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə bənd bərpa olunmuşdur; 

Şəmkir şəhərində yolun kənarında "Azərenerji" ASC-yə məxsus 1 ədəd elektrik dirəyi qismən yanmışdır. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunda Xudat-Xaçmaz yolunun 4-cü kilometrliyində vətəndaşa məxsus ümumi sahəsi 9kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yaxınlıqdakı fərdi ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.