Geri

19 may 2010-cu il, saat 17:45-dək

Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 200kv.m. olan talvarın yanar konstruksiyaları 80kv.m. sahədə yanmışdır. Yanğın saat 15:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki eyvandan enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1963-cü il təvəllüdlü Aydın Qüdrət oğlu Əfəndiyev çarpayıda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin tibbi müayinə zamanı A.Əfəndiyevin vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:27-də başa çatmışdır.

Geri

19 may 2010-cu il, saat 10:00-dək

Bakı şəhəri, Sabunçu rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki eyvandan enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:20-də başa çatmışdır;

18 may 2010-cu il tarixində Sabirabad rayonunun Çığırğan kəndində ilkin sahil mühafizə bəndi dağılmışdır. Nəticədə, əsas sahil mühafizə bəndinə qədər olan ərazi 50ha sahədə daşqın suları ilə dolmuşdur;

19 may 2010-cu il tarixində Sabirabad rayonunun Azadkənd kəndində əsas sahil mühafizə bəndi dağılmışdır. Nəticədə, qeyd olunan kənddə bəzi ərazilər daşqın suları ilə dolmuşdur.

Daşqın sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə dağılmış bəndlərdə bərpa və bərkitmə işləri aparılır, müvafiq təhlükəsizlik tədbirləri görülür, o cümlədən sakinlərin təxliyyəsi həyata keçirilir;

Şəmkir rayonu, Qapanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 295kv.m. olan istixananın köməkçi tikilisinin yanar konstruksiyaları, "BMW" markalı minik və "QAZel" markalı yük avtomobillərinin yanar hissələri yanmışdır. Yanğın saat 02:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

15 may 2010-cu il tarixində Neftçala rayonunun Kürkənd kəndi ərazisində Kür çayına düşmüş 1952-ci il təvəllüdlü Zair Paşa oğlu Əhmədovun axtarışları başa çatmışdır. Qeyd olunan şəxsin cəsədi düşdüyü yerdən 20km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmışdır. Əməliyyat saat 09:45-də başa çatmışdır.