Geri

17 may 2010-cu il, saat 15:00-dək

16 may 2010-cu il tarixində su basmış ərazilərdə köməksiz vəziyyətdə qalmış Sabirabad rayonunun Muradbəyli kəndinin 3 nəfər sakini Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur.

Geri

18 may 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında bir uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından enərək 6-cı mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 14:10-da başa çatmışdır;

Bir nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Saat 15:20-də zərərçəkmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur;

Bərdə rayonu, Mirzəxan kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72kv.m. olan tövlənin yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. 12 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən yanğından xilas edilmişdir. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Privolnoe kəndində vətəndaşa məxsus ümumi sahəsi 84kv.m. olan tövlədə 450kq ot bağlaması yanmışdır. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı yük avtomobili və "QAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, yük avtomobilinin sürücüsü 1967-ci il təvəllüdlü Namiq Xanlar oğlu Hüseynəliyev həlak olmuş, sərnişin yaralanmışdır. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış yaralını xilas etmiş, N.Hüseynəliyevin cəsədini isə avtomobildən çıxarmışlar. Xilasedicilər yaralı sərnişini və sürücünün cəsədini aidiyyəti üzrə təhvil verdikdən sonra hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 19:45-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda mənzildə ana ilə uşağın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ana və azyaşlı uşaq giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə onmərtəbəli yaşayış binasının
9-cu mərtəbəsindəki qonşu mənzilin eyvanından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən məlum olmuşdur ki, qadın və uşaq qapının kilidində yaranmış nasazlıq üzündən hamam otağında qalmışlar. Xilasedicilər hamam otağının qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açmışlar. Gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 20:04-də başa çatmışdır;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "OPEL" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 20:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evdə dam örtüyünün yanar konstruksiyaları 40kv.m. sahədə yanmışdır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli rayonu, Cəfərli kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

28-29 aprel 2010-cu il tarixlərində Quba rayonunun Çiçi kəndində torpaq sürüşməsinə meylli sahələrdə sürüşmə prosesi fəallaşmışdır. Əraziyə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, sürüşmənin hərəkət istiqamətində müxtəlif çatlar və yeraltı suların yer səthinə çıxışları mövcuddur. Sürüşmə zonasında yerləşən 10 fərdi ev və məktəb binası zədələnmişdir. Sürüşmə prosesinin aktiv olduğu bildirilir.

Geri

17 may 2010-cu il, saat 09:00-dək

Qəbələ şəhərində "Lexus" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq əvvəlcə "VAZ" markalı minik avtomobili, sonra isə markası məlum olmayan traktorla toqquşmuşdur. Nəticədə, "VAZ" markalı minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişin xəsarət almışdır. Xilasedicilər hadisə yerində yaralılara ilkin tibbi yardım göstərmiş, onları aidiyyəti üzrə təhvil vermiş, habelə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:20-də başa çatmışdır;

Lənkəran rayonu, Lüvəsər kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40kv.m. olan tövlədə tavanın yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 14:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında qalanların köməyə ehtiyacı olması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ruhi xəstə olan bir nəfər giriş qapısını içəridən qəsdən bağlayaraq köməyə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarını və həkimləri mənzilə buraxmır. Əvvəlcə xilasedicilər vətəndaşla psixoloji söhbət aparmışlar. Xəstə qapını açmağa razı olmadığı üçün xilasedicilər müvafiq alət və avadanlıqlar vasitəsilə ikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə bayır tərəfdən qalxaraq pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilən zaman ruhi xəstə gərgin psixoloji vəziyyətdə, 1930-cu il təvəllüdlü Vera Tipoşeyevna Bacarova isə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə nəticəsində V.Bacarovanın vəfat etdiyi müəyyən olunmuşdur. Vətəndaş Bacarovanın cəsədi, habelə ruhi xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 17:45-də başa çatmışdır;

İki nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Sahildən 100m aralıda olan zərərçəkmişlər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılmışlar. Əməliyyat saat 19:40-da başa çatmışdır;  

Yevlax rayonu, Qarxun kəndində (rayon mərkəzindən 5km aralı) Bakı-Gürcüstan istiqamətində hərəkət edən 35 çəndən ibarət yanacaq daşıyan qatarın Gəncə-Lokomotiv deposuna məxsus 1443 saylı elektrovozunun mühərrik hissəsi yanmışdır. Yanacaqla dolu çənlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 150kv.m. olan köhnə məişət avadanlıqları satışı mağazasının yanar konstruksiyaları 40kv.m. sahədə yanmışdır. Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonunun Naxalıq kəndində (rayon mərkəzindən 25km aralı) Kür çayının sahil mühafizə bəndində qəza vəziyyəti yaranmışdır. Nəticədə, Kür çayından Sarısu gölünə su axını müşahidə olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların qüvvə və texnikasının köməkliyi ilə bənddə bərpa və bərkitmə işləri aparılmış, iki yerdə axının qarşısı alınmışdır. Hazırda həmin bənddə bərpa işləri davam etdirilir;

Sumqayıt şəhərində ümumi sahəsi 84kv.m. olan "KAYOT" restoranında barın yanar konstruksiyaları 6kv.m. sahədə yanmış, tavanın yanar konstruksiyaları 48kv.m. sahədə ərimişdir. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.