Bakı şəhəri, Sabunçu rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:40-da başa çatmışdır;
Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 9-cu mərtəbəyə qaldırmış, qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:54-də başa çatmışdır.
Lənkəran şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 30kv.m. olan anbarın yanar konstruksiyaları 25kv.m. sahədə və ona bitişik ümumi sahəsi 20kv.m. olan qarajın yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.