Geri

08 aprel 2010-cu il, saat 09:00-dək

Goranboy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 52kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evdə ev əşyaları 10kv.m. sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın ev sahibi tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 17:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə bayır tərəfdən açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 22:53-də başa çatmışdır;

Astara rayonu, Şahağac kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 28kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 10kv.m. sahədə və içərisinə yığılmış 200kq ot bağlaması yanmışdır. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz rayonunda Xudat-Xaçmaz yolunun kənarında kol-kos 1,5ha sahədə yanmışdır. Yaxınlıqdakı meşə zolağı yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Qamişovka kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 10kv.m. sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın kənd sakinləri tərəfindən söndürülmüşdür.