Geri

07 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda "MP" şirkətinin ümumi sahəsi 300kv.m. olan anbarının dam örtüyünün yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 17:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Topalhəsənli kəndində (rayon mərkəzindən 4km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 62kv.m. sahədə yanmışdır. Yanğın saat 19:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda yataq xəstəsi olan 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki eyvandan enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmaqla zərərçəkmişə müvafiq köməklik göstərmişlər. Xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:28-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda Gəmi Təmiri Zavodunun ərazisində ümumi sahəsi 20kv.m. olan gözətçi otağının yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə tamamilə yanmışdır. Gözətçi yanğınsöndürənlər tərəfindən xilas olunmuşdur. Yanğın saat 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.