Geri

06 aprel 2010-cu il, saat 16:05-dək

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Parkın ərazisində dənizdə naməlum kişi cəsədi aşkarlanmışdır. Hadisə yerinə gəlmiş dalğıc-xilasedicilər saat 13:10-da cəsədi sudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Hadisə yerində müəyyən olunmuşdur ki, bu, təxminən, 1990-cı il təvəllüdlü Əli Məhərrəm oğlu Qəniyevin cəsədidir. Əməliyyat saat 13:30-da başa çatmışdır. 

Geri

06 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250kv.m. olan 4 otaqlı mənzilin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 40kv.m. sahədə yanmışdır. Yanğın zamanı binada olan 6 sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda "Daewoo" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın avtomobilin sahibi tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının damından enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilən zaman vətəndaş yatmış vəziyyətdə aşkarlanmışdır. Əməliyyat saat 23:31-də başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda "VAZ" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər və 2 sərnişin yaralanmışdır. Xilasedicilər yaralılara ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 05:35-də başa çatmışdır.