Geri

05 aprel 2010-cu il, saat 16:55-dək

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə ümumilikdə 12kv.m. sahədə yanmışdır. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

05 aprel 2010-cu il, saat 09:00-dək

4-5 aprel 2010-cu il tarixlərində respublika ərazisində hava şəraiti dəyişmiş, bəzi şəhər və rayonlarda yağış yağmışdır. Nəticədə, Ağsu, Kürdəmir, İmişli, Salyan, Saatlı və Sabirabad rayonlarında bəzi ərazilər yağış suları ilə dolmuşdur. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün hadisə rayonlarında aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Qeyd olunan rayonlara Fövqəladə Hallar Nazirliyinin qüvvə və texnikası cəlb olunmuşdur. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikasının köməkliyi ilə həmin ərazilərin yağış sularından təmizlənməsi həyata keçirilir;

Quba rayonu, Alpan kəndində (rayon mərkəzindən 20km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın sakinlər tərəfindən söndürülmüşdür;  

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:24-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30kv.m. olan köməkçi tikilidə dam örtüyünün yanar konstruksiyaları 15kv.m. sahədə və damın üstündə quraşdırılmış həcmi 1,5ton olan çənin içərisindəki yanacaq yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı fərdi ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki eyvandan enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:08-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Neft-Qazçıxarma İdarəsinin ərazisində partlamamış döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri aşkarlanmış döyüş sursatlarına baxış keçirmiş və onların döyüş başlığı olmayan partlamamış 3 ədəd "D-44" tipli top mərmisi olduğunu müəyyən etmişlər. Nazirliyin mütəxəssisləri həmin ərazidə əlavə axtarış işləri aparmışlar. Nəticədə, əlavə olaraq partlamamış 1 ədəd "D-30" və 3 ədəd "D-44" tipli top mərmisi aşkarlanmışdır. Aşkarlanmış mərmilər xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:12-də başa çatmışdır;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində Quşçuluq fermasının yaxınlığında döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Nazirliyin mütəxəssisləri aşkarlanmış döyüş sursatına baxış keçirmiş və onun 1 ədəd tank əleyhinə təlim minası olduğunu müəyyən etmişlər. Nazirliyin mütəxəssisləri həmin ərazidə əlavə axtarış işləri aparmış və şübhəli əşya aşkar etməmişlər. Aşkarlanmış təlim minası xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:12-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə bayır tərəfdən açmaqla zərərçəkmişə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 19:24-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 22:00-da başa çatmışdır;

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:45-də başa çatmışdır;

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 14kv.m. sahədə yanmışdır. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları 35kv.m. sahədə yanmışdır. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda "Kamaz" markalı yük avtomobili, "QAZ" markalı minik avtomobili və "Otoyol" markalı sərnişin avtobusu toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramış, "QAZ" markalı minik avtomobilinin sürücüsü həlak olaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə cəsədi avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:30-da başa çatmışdır.