Zaqatala rayonu, Danaçı kəndində (rayon mərkəzindən 26km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 80kv.m. sahədə yanmışdır. Yanğın saat 15:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ruhi xəstə olan yaşlı qadın qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə bayır tərəfdən açmış və içəri daxil olmuşlar. Qeyd olunan qadının intihar etmək istədiyi məlum olmuşdur. Xilasedicilər onunla psixoloji söhbətlər aparmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:50-də başa çatmışdır;
Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus həyətyanı sahədə qaz sayğacı yanmışdır. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Qəbələ rayonu, Həmzəli kəndində "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə yuvarlanmışdır. Nəticədə, avtomobil deformasiyaya uğramış, ölən və xəsarət alan olmamışdır. Hadisə yerinə gəlmiş xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görmüş və xüsusi texnikanın köməkliyi ilə avtomobili dərədən çıxarmışlar. Əməliyyat saat 17:30-da başa çatmışdır;
Ağstafa rayonu, Həsənsu kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları 12kv.m. sahədə yanmışdır. Yanğın zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almışdır. Zərərçəkmişlər xəstəxanaya aparılmışdır. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına məişət qaz balonunun alışması səbəb olmuşdur.