Sumqayıt şəhərində azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:51-də başa çatmışdır;
Xəbər verdiyimiz kimi, 31 mart-1 aprel 2010-cu il tarixlərində Kürdəmir rayonunda yağan yağışlar nəticəsində rayon mərkəzində bəzi ərazilər yağış suları ilə dolmuşdur. Zərurət yarandığı üçün 3 aprel 2010-cu il tarixində hadisə rayonuna Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvə və texnikası cəlb olunmuşdur. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikasının köməkliyi ilə həmin ərazilərin yağış sularından təmizlənməsi həyata keçirilir.
Ucar rayonu, Lək kəndində (rayon mərkəzindən22km aralı) vətəndaşa məxsus ümumi sahəsi 56kv.m. olan tövlədə çardağın yanar konstruksiyaları 32kv.m. sahədə yanmışdır. Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20kv.m. olan mənzildə 1 ədəd divan və 1 ədəd televizor yanmışdır. Ev sahibi yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Zərərçəkmiş xəstəxanaya aparılmışdır. Yanğın saat 18:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Əzizbəyov rayonunda daş bazarında ümumi sahəsi 20kv.m. olan gözətçi otağının yanar konstruksiyaları əşyalarla birlikdə 10kv.m. sahədə yanmışdır. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, vətəndaş qapının dəfələrlə döyülməsinə və telefon zənglərinə cavab vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1973-cü il təvəllüdlü Tahir Alihüseyn oğlu Vəliyevin cəsədi aşkarlanmışdır. T.Vəliyevin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:10-da başa çatmışdır;
Quba rayonu, Vəlvələ kəndində (rayon mərkəzindən 25km aralı) vətəndaşa məxsus ümumi sahəsi 168kv.m olan 5 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 12kv.m sahədə yanmışdır. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lənkəran rayonu, Bülcəli kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104kv.m. olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət fərdi evdə aynabəndin yanar konstruksiyaları 30kv.m sahədə yanmışdır. Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
2 aprel 2010-cu il tarixində axşam saatlarından başlayaraq respublikanın bəzi şimal-qərb rayonlarında hava şəraiti dəyişmiş, külək əsmiş, yağış və dolu yağmışdır. Nəticədə, Zaqatala rayonunun Çobançöl kəndində bəzi həyətyanı sahələr yağış suları ilə dolmuşdur. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün hadisə rayonunda aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür;
Neftçala rayonunun Bankə qəsəbəsində, İmişli və Salyan şəhərlərində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Həmin ərazilərin qrunt sularından təmizlənməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası cəlb edilmişdir.