Geri

27 aprel 2010-cu il, saat 16:45-dək

27 aprel 2010-cu il tarixində saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş vermiş və bir fərdi ev torpaq altında qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri, eyni zamanda, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və xilasediciləri Aviasiya dəstəsinin vertolyotu ilə zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Torpaq sürüşməsi nəticəsində torpaq altında qalmış evin dağıntıları altından 5 nəfərin cəsədi çıxarılmışdır. 1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədovun və 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədovanın cəsədləri yerli sakinlər, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədovanın, 1990-cı il təvəllüdlü Jalə Əkbər qızı Məmmədovanın və 2010-cu il təvəllüdlü Vüsalə Oqtay qızı Qasımovanın cəsədləri isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq dağıntılar altından çıxarılmışdır. Əməliyyat saat 15:29-da başa çatmışdır

Geri

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın 2021-2023-cü illər ərzində fəaliyyətinə dair hesabat

17 may 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası keçirilib, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə İctimai şuranın üzvləri ilə görüşüb. Nazir müavini Faiq Tağı-zadə Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti institutlarına xüsusi diqqət və qayğısından söz açıb, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışıb. Nazir müavini Nazirlik yanında yeni yaradılmış İctimai şuranın fövqəladə halların idarə edilməsi ilə əlaqədar müvafiq rəy və təkliflərinin nəzərə alınacağını bildirib, ictimaiyyətlə səmərəli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Sonra Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilk iclası öz işinə başlayıb. Təşkilati məsələlər müzakirə edilib, səsvermə keçirilib. İki il fəaliyyət göstərəcək İctimai şuraya Beynəlxalq Ekoenergetika Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən Fuad Hacızadə sədr, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov sədr müavini, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Vəfa Abbasova isə katib seçilib.

Daha sonra İctimai şuranın FHN-in qurumları ilə birgə bir sıra iclasları keçirilmiş və birgə fikir mübadiləsi aparılmışdır.

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın 5 iyul 2021-ci il tarixində keçirilən iclasında FHN yanında İctimai şuranın Əsasnaməsi, Fəaliyyət Proqramı və Reqlamenti müzakirə olunaraq təsdiq olunub, İctimai şuranın gələcək fəaliyyət istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.

28 dekabr 2021-ci il tarixində FHN Bakı Regional Mərkəzinin inzibati binasında Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın ilin yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda müxtəlif məsələlər müzakirə edilib, şura üzvləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin ölkə əhalisinin təbii və texnogen hadisələrdən qorunması sahəsində gördüyü işlərdən bəhs edilərək, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq rəy və təkliflərin təqdim edilməsi, şura üzvlərinin əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi istiqamətində FHN-in həyata keçirdiyi tədbirlərdə yaxından iştirakı və digər təkliflər səsləndirilib.

13 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində (KGNSXDX) çimərlik mövsümünə hazırlıqla əlaqədar FHN yanında İctimai şuranın birgə iclası keçirilib. İclasda KGNSXDX-in nümayəndələri tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verilib. Bununla yanaşı, KGNSXDX-in nəzarət etdiyi çimərliklərdə, o cümlədən IDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış ictimai çimərliklərdə dalğıclar tərəfindən sualtı müayinələr aparılıb və sahil zolağı mövcud yad cisimlərdən (daş, qaya parçaları və s.) təmizlənib. Gələcəkdə çimərlik mövsümü zamanı keçiriləcək monitorinqlərə İctimai şura üzvlərinin cəlb olunması da qərara alınıb. Bu çərçivədə Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvü Vəfa Abbasova Xidmətin Astara şəhəri ərazisində fəaliyyət göstərən sularda xilasetmə məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün, Astara çimərliyində monitorinq keçirib. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nabran qəsəbəsi ərazisində fəaliyyət göstərən “sularda xilasetmə məntəqəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nabran çimərliyinə səfər edib.

28 iyun 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib. İclasda təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, o cümlədən yay mövsümü ilə əlaqədar attraksionlarda təhlükəsizliyə nəzarət məsələləri və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

15 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai Şuranın iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd DYNX-nin ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, o cümlədən yay mövsümü ilə əlaqədar meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə biləcək yanğınlara qarşı maarifləndirmə tədbirlərinin reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.

20 oktyabr 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd TTNDA-nın ölkə ərazisində tikintidə təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub. TTNDA rəis müavini Elxan Əsədov İctimai şuranın üzvlərinin suallarını cavablandırıb. Sonda İctimai şuranın üzvlərinə Agentlik tərəfindən hazırlanıb çap olunmuş tikinti normativləri barədə kitab hədiyyə edilib.

İctimai şuranın iclasları zamanı İctimai Şuranın üzvləri qaldırılmış məsələlərlə əlaqədar mütəmadi FHN-in məsul işçiləri ilə görüşərək məsələlərin həlli ilə də tanış olublar.

Geri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuranın üzvlüyünə namizədlərin siyahısı

1. Abbasova Vəfa Zahid qızı - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi

2. Abışova Vüsalə Mahir qızı - “APA Group”

3. Bayramlı Dinara Dmitriy qızı - “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi

4. Cürənov Ramiz Mikayıl oğlu - “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi

5. Ədilzadə Ədil Tahir oğlu - “Yeni həyat-iqtisadi inkişaf” İctimai Birliyi

6. Əliyev Azad Yusif oğlu - Azərbaycan Skautlar Assosiyasiyası İctimai Birliyi

7. Fərzəliyev Sahib Abduləli oğlu - “Potensial” Sumqayıt mütəxəssislər birliyi

8. Hacızadə Fuad Mahmud oğlu - Beynəlxalq Ekoenergetika Akademiyası

9. Həsənli Emin Əliyar oğlu - “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə“ İctimai Birliyi

10. İsmayılov Mehman Heydər oğlu - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı

11. Qafarov Emil Kamil oğlu - Yaşıl Tikintiyə Dəstək İctimai Birliyi

12. Məmmədov Məhəmməd Qurban oğlu - “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi

13. Mərdanov İlham İldırım oğlu - “Çevrə” Davamlı İnkişafa Yardım İctimai Birliyi

14. Rəhimli Davud Səid oğlu - “Əlil Təşkilatları İttifaqı”