Geri

26 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:38-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan 3 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları və əşyalar ümumilikdə 9kv.m. sahədə yanmışdır. Yanğın saat 20:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində "Cəlilabad Quşçuluq" ASC-yə məxsus ümumi sahəsi 1440kv.m. olan sexdə taxta yonqarı 400kv.m. sahədə yanmışdır. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda "VAZ" və "Hyundai" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:14-də başa çatmışdır;

Bərdə rayonu, Alaçadırlı kəndində (rayon mərkəzindən 4km aralı) "Bərdə Quşçuluq" ASC-yə məxsus ümumi sahəsi 7kv.m. olan dəmir köşkün içərisində transformator yağı yanmışdır. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.