Geri

26 aprel 2010-cu il, saat 17:30-dək

Bakı şəhəri, Səbail rayonunda zibillikdə 4 ədəd döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aşkarlanmış sursatın 2 ədəd partlamamış "F-1" markalı əl qumbarası və əl qumbarasının 2 ədəd partlayıcısı olduğunu müəyyən etmişdir. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə axtarış işləri aparmışlar. Axtarış nəticəsində digər şübhəli əşya aşkar olunmamışdır. Əməliyyat saat 12:39-da başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs ruhi xəstədir və o, giriş qapısını içəridən qəsdən bağlayaraq yaxınlarının mənzilə daxil olmasına imkan vermir. Xilasedicilər vətəndaşla müvafiq psixoloji söhbətlər aparmış, daha sonra xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını bayır tərəfdən açmışlar. Mənzildə nəzarətsiz qalmış xəstə aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:34-də başa çatmışdır.

Geri

26 aprel 2010-cu il, saat 15:40-dək

Zərdab rayonu, Məlikli kəndində (rayon mərkəzindən 23km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Qonşu evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

26 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapılarını açmış və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:38-də başa çatmışdır;

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan 3 otaqlı fərdi evin mətbəxində tavanın yanar konstruksiyaları və əşyalar ümumilikdə 9kv.m. sahədə yanmışdır. Yanğın saat 20:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad şəhərində "Cəlilabad Quşçuluq" ASC-yə məxsus ümumi sahəsi 1440kv.m. olan sexdə taxta yonqarı 400kv.m. sahədə yanmışdır. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Əzizbəyov rayonunda "VAZ" və "Hyundai" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 02:14-də başa çatmışdır;

Bərdə rayonu, Alaçadırlı kəndində (rayon mərkəzindən 4km aralı) "Bərdə Quşçuluq" ASC-yə məxsus ümumi sahəsi 7kv.m. olan dəmir köşkün içərisində transformator yağı yanmışdır. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.