Bakı şəhəri, Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, vətəndaş giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından keçərək həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1935-ci il təvəllüdlü Yaşar Firuz oğlu Məlikov döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı Y.Məlikovun vəfat etdiyi müəyyən olunmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:37-də başa çatmışdır;
Lənkəran rayonu, Velədi kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evin yanar konstruksiyaları 90kv.m. sahədə yanmışdır. Yanğın saat 20:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.