Geri

21 aprel 2010-cu il, saat 17:40-dək

Daxil olmuş ən son məlumatda Tovuz rayonu, Dönük Qırıqlı kəndində magistral yolda "Daewoo" markalı avtobus və "Mercedes" markalı mikroavtobusun toqquşması və birincinin dərəyə yuvarlanması ilə nəticələnən yol-nəqliyyat qəzasında 8 nəfərin həlak olduğu, 13 nəfərin xəsarət aldığı bildirilmişdir;

Bakı şəhəri, Qaradağ rayonunda azyaşlı iki uşaq giriş qapısının təsadüfən  kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaqlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:49-da başa çatmışdır.

Geri

21 aprel 2010-cu il, saat 15:15-dək

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın avtomobilin sahibi tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Böyük Qışlaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 160kv.m. olan 3 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın qonşular tərəfindən söndürülmüşdür.

Geri

21 aprel 2010-cu il, saat 10:00 -dək

Sumqayıt şəhərində "Mobil" sənaye-tikinti idarəsinin ərazisində ümumi sahəsi 300kv.m. olan qarajda yerə dağılmış neft qalıqları 10kv.m. sahədə yanmışdır. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax rayonu, Xaldan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 102kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evdə çardağın yanar konstruksiyaları 78kv.m. sahədə yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:48-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 9-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:52-də başa çatmışdır;

Lənkəran rayonu, Vələdi kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170kv.m. olan ikimərtəbəli 8 otaqlı fərdi evin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 80kv.m. sahədə yanmışdır. Yanğın saat 21:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 21:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 28kv.m. olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 20kv.m. sahədə yanmış, həmin vaxt mənzildə olan 1 nəfər xəsarət almışdır. Zərərçəkmişə hadisə yerində ilkin tibbi yardım göstərilmişdir. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tovuz rayonu, Dönük Qırıqlı kəndində magistral yolda "Daewoo" markalı avtobus və "Mercedes" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, "Daewoo" markalı avtobus dərəyə yuvarlanmış, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtobusda olan 9 nəfər həlak olmuş, 15 nəfər xəsarət almışdır. Hadisə yerinə gəlmiş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə cəsədləri və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 09:20-də başa çatmışdır.