Geri

20 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Salyan şosesinin 20-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili və "Man" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə yaralını avtomobildən çıxarmış, ona ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:23-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:37-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasında pilləkən qəfəsində yanğın nəticəsində 8 ədəd elektrik sayğacı ərimişdir. Yanğınsöndürənlər çatana kimi aidiyyəti qurumun işçiləri tərəfindən hadisənin qarşısı alınmışdır. İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli müxtəlif təyinatlı binanın ümumi sahəsi 926kv.m. olan mansardasında yerləşən ofisin yanar konstruksiyaları 350kv.m. sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.