Geri

20 aprel 2010-cu il, saat 17:05-dək

Motorlu qayıqda dənizə çıxan iki balıqçı Bakı şəhərinin Qaradağ rayonu sahilindən 4km aralıda batma təhlükəsi ilə üzləşmişdir. Zərərçəkmişlər hadisə yerinə cəlb edilmiş dalğıc-xilasedicilər tərəfindən saat 09:30-da xilas edilmişdir;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 165kv.m. olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları ümumilikdə 40kv.m. sahədə yanmışdır. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15kv.m. olan 1 otaqlı fərdi evdə 1 ədəd yataq dəsti yanmış, ev sahibinin qızı yanıq xəsarəti almışdır. Yaralı xəstəxanaya aparılmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın ev sahibi tərəfindən söndürülmüşdür. Hadisə yerinə xilasedicilər də cəlb olunmuşdur;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan birmərtəbəli 5 otaqlı fərdi evin yanar konstruksiyaları 50kv.m. sahədə yanmışdır. Yanğın saat 13:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

20 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Salyan şosesinin 20-ci kilometrliyində "Mercedes" markalı minik avtomobili və "Man" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilinin sürücüsü yaralanaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə yaralını avtomobildən çıxarmış, ona ilkin tibbi yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 14:23-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 1-ci mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 19:37-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasında pilləkən qəfəsində yanğın nəticəsində 8 ədəd elektrik sayğacı ərimişdir. Yanğınsöndürənlər çatana kimi aidiyyəti qurumun işçiləri tərəfindən hadisənin qarşısı alınmışdır. İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olmuşdur;

Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli müxtəlif təyinatlı binanın ümumi sahəsi 926kv.m. olan mansardasında yerləşən ofisin yanar konstruksiyaları 350kv.m. sahədə yanmışdır. Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.