Geri

02 aprel 2010-cu il, saat 09:00-dək

Biləsuvar rayonunun Xırmandalı kəndində və Salyan şəhərində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikasının köməkliyi ilə həmin ərazilərin qrunt sularından təmizlənməsi həyata keçirilmişdir;

Daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda Ataçay çayında suyun səviyyəsinin qalxması nəticəsində Bakı-Novorossiysk neft boru kəmərinin çayın altından keçən hissəsinin üst torpaq qatının bir hissəsini su yumuşdur. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hazırda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür;

Bərdə rayonu, Alpout kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Diyə kəndində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.