Geri

02 aprel 2010-cu il, saat 15:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda "Ford" markalı mikroavtobus və "VAZ" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, minik avtomobilində olan 2 nəfər xəsarət almışdır. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış zərərçəkmişləri müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə avtomobildən çıxarmış, onlara ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:19-da başa çatmışdır. 

Geri

02 aprel 2010-cu il, saat 09:00-dək

Biləsuvar rayonunun Xırmandalı kəndində və Salyan şəhərində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikasının köməkliyi ilə həmin ərazilərin qrunt sularından təmizlənməsi həyata keçirilmişdir;

Daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda Ataçay çayında suyun səviyyəsinin qalxması nəticəsində Bakı-Novorossiysk neft boru kəmərinin çayın altından keçən hissəsinin üst torpaq qatının bir hissəsini su yumuşdur. Hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hazırda yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür;

Bərdə rayonu, Alpout kəndində (rayon mərkəzindən 14km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin dam örtüyünün yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Diyə kəndində (rayon mərkəzindən 3km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.