Geri

19 aprel 2010-cu il, saat 09:00-dək

İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan 3 otaqlı mənzildə otaqların birində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, mənzilin otaqlarının arakəsmə divarlarında çatlar əmələ gəlmiş, ev sahibi və həmin vaxt mənzildə olan daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdır. Yaralılardan ikisi xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 156kv.m. olan mebel salonunda köməkçi otağın yanar konstruksiyaları 5kv.m. sahədə yanmışdır. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında şaxtada elektrik xətləri 50p.m. uzunluqda yanmışdır. Mənzillər və digər kommunikasiya xətləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur.