Geri

15 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 4500kv.m. olan metaləritmə sexində sobanın ətrafına dağılmış neft qalıqları 100kv.m. sahədə yanmışdır. Yanğın saat 19:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Astara rayonu, Şiyəkəran kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus ümumi sahəsi 276kv.m. olan ikimərtəbəli 24 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 15kv.m. sahədə və həmin evdə dam örtüyünün yanar konstruksiyaları 15kv.m. sahədə (ümumi 30kv.m.) yanmışdır. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Dəvəçi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 55kv.m. sahədə və həmin evdə dam örtüyünün yanar konstruksiyaları 110kv.m. sahədə (ümumi 165kv.m.) yanmışdır. Yanğın saat 03:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.