Daxil olmuş məlumata əsasən, 13 aprel 2010-cu il tarixində səhər saatlarında Muğanlı-İsmayıllı magistral avtomobil yolunun 1-ci, 8-11-ci (əsasən, 10-cu) və
26-27-ci kilometrliklərində ayrı-ayrı hissələrdə sürüşmə hadisəsi baş vermişdir. Hadisə yerinə aidiyyəti qurumların mütəxəssisləri və texnikası cəlb edilmişdir. Sürüşmə prosesinin aktiv olduğu bildirilmişdir.
Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 204kv.m. olan birmərtəbəli 6 otaqlı fərdi evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 40kv.m. sahədə yanmışdır. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
12 aprel 2010-cu il tarixində daxil olmuş məlumata görə, Yasin Elxan oğlu Məmmədovun Yevlax rayonunun Varvara kəndi ərazisində yerləşən Varvara su anbarında batdığı ehtimal olunur. Həmin gün saat 12:05-də dalğıc-xilasedicilər qeyd olunan şəxsin axtarışına cəlb olunmuşlar;
Dəvəçi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 198kv.m. olan ikimərtəbəli 7 otaqlı fərdi evin yanar konstruksiyaları 20kv.m. sahədə yanmışdır. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nizami rayonunda azyaşlı uşaq giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:39-da başa çatmışdır;
Sumqayıt şəhərində 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmaqla zərərçəkmişə müvafiq köməklik göstərmişlər. Əməliyyat saat 23:35-də başa çatmışdır;
Bakı şəhəri, Nizami rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə lifti sonuncu mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:29-da başa çatmışdır;
Sumqayıt şəhərində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus Sumqayıt şəhər yükvurma stansiyasının üçmərtəbəli inzibati binasında 2 ədəd elektrik qutusu və kabel 10p.m. uzunluqda yanmışdır. Yanğın saat 07:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;
Sumqayıt şəhərində Bakı-Sumqayıt yolunun 28-ci kilometrliyində "Nissan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü yaralanmışdır. Yaralı xəstəxanaya aparılmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:40-da başa çatmışdır.