Lənkəran rayonu, Liman şəhərində Bakı-Astara magistral yolunun 106-cı kilometrliyində "VAZ" markalı 3 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Həmin avtomobillərdə olan 3 nəfərin həlak olduğu, 5 nəfərin yaralandığı bildirilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:30-da başa çatmışdır;
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45kv.m. olan 3 otaqlı mənzilin mətbəxində partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, mətbəxdə qapı-pəncərə çərçivələri və aynabənd uçmuş, ev sahibinin oğlu yanıq xəsarəti almışdır. Zərərçəkmiş xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 8kv.m. olan köməkçi tikilidə tavanın yanar konstruksiyaları 8kv.m. sahədə və 1 ədəd şkaf yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın qonşular tərəfindən söndürülmüşdür.