Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 245kv.m. olan avtoservisdə təmirə dayanmış "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanmışdır. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xətai rayonunda ruhi xəstə olan bir nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər zərərçəkmişlə psixoloji söhbət aparan zaman məlum olmuşdur ki, həmin binanın digər mənzilində yanğın başlamış və iki azyaşlı uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə bayır tərəfdən açmışlar. Xilasedicilər yanğın əleyhinə müvafiq üsullardan istifadə etməklə mənzilə baxış keçirmiş və zərərçəkmişləri eyvanda gərgin psixoloji vəziyyətdə aşkarlamışlar. Uşaqlar xilas edilmiş, hadisə yeri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Birinci halda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmış ruhi xəstə də xilasedicilər tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 16:18-də başa çatmışdır;
Masallı rayonu, Bədalan kəndində (rayon mərkəzindən 13km aralı) vətəndaşa məxsus ümumi sahəsi 380kv.m. olan ikimərtəbəli 10 otaqlı fərdi evdə 5 otağın və çardağın yanar konstruksiyaları ümumilikdə 200kv.m. sahədə yanmışdır. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Yasamal rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:36-da başa çatmışdır;
Masallı rayonu, Çaxırlı kəndində (rayon mərkəzindən 8km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150kv.m. olan ikimərtəbəli fərdi evdə tavanın yanar konstruksiyaları 9kv.m. sahədə yanmışdır. Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.