Geri

10 aprel 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Əzizbəyov rayonunda 1954-cü il təvəllüdlü Akif Cəfər oğlu Zalıyevə məxsus ümumi sahəsi 91kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evdə divan qismən yanmışdır. Hadisə yerində ev sahibinin cəsədi aşkarlanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın qonşular tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır;

Masallı rayonu, Ərkivan qəsəbəsində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75kv.m. olan tövlənin yanar konstruksiyaları 6kv.m. sahədə və 2ton ot bağlaması yanmışdır. Yanğın saat 17:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanından enərək 3-cü mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:36-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1000kv.m. olan taxta sexində dam örtüyünün yanar konstruksiyaları 8kv.m. sahədə yanmışdır. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi evdə 1 otağın yanar konstruksiyaları 20kv.m. sahədə və mətbəxin tavanının yanar konstruksiyaları 8kv.m. sahədə yanmışdır. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Respublikanın şimal bölgəsində torpaq sürüşməsinə meyilli sahələr 2010-cu ilin aprel ayının əvvəllərində yağıtılar nəticəsində fəallaşmışdır. Nəticədə, Qusar rayonu, Urva kəndində torpaq sürüşməsi, təxminən, uzunluğu 100-120m, qırılma qaşının hündürlüyü 2,0-3,0m, sürüşmənin hərəkət istiqaməti yamac istiqamətində 100-150m aşağıya doğru çatlarla müşahidə olunur, Quba rayonu, Güləzi kəndində isə sürüşmə sahələrinin uzunluğu 800-1000m, eni 250-300m, qırılma qaşının hündürlüyü 0,3-0,5m, əmələ gəlmiş çatların eni 0,5-1,0m, dərinliyi 1,0-2,0m təşkil edir.