Bakı şəhəri, Nizami rayonunda "VAZ" markalı minik avtomobilinin salonu qismən yanmışdır. Yanğın saat 20:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şamaxı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450kv.m. olan ikimərtəbəli 8 otaqlı evdə partlayış baş vermişdir. Yanğın hadisəsi olmamışdır. Nəticədə, evin 1-ci mərtəbəsindəki otaqlardan birinin qapı və pəncərə çərçivələri uçmuş, otağın tavanında və arakəsmə divarlarında çatlar əmələ gəlmiş, habelə ümumi sahəsi
150kv.m. olan mağaza kimi istifadə olunan otaqda piştaxtalar və ərzaq malları dağılmış, mağazanın qapı və pəncərələri uçmuşdur. Ev sahibi və daha 3 nəfər yanıq xəsarətləri almışlar. Zərərçəkmişlər xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;
Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 7-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 8-ci mərtəbəyə qaldırmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:50-də başa çatmışdır;
Ağdam rayonu, Quzanlı qəsəbəsində "Azərenerji" ASC-yə məxsus transformatorun sarğıları yanmışdır. Yanğın saat 05:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;
31 mart-01 aprel 2010-cu il tarixlərində respublika ərazisində hava şəraiti dəyişmiş, bəzi şəhər və rayonlarda yağış yağmışdır. Nəticədə, Kürdəmir, Zərdab və Tərtər rayonlarında bəzi ərazilər yağış suları ilə dolmuşdur. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Hadisə bölgələrinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunmuşdur;
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110kv.m. olan plastik qapı-pəncərə sexinin anbarında dam örtüyünün yanar konstruksiyaları 20kv.m. sahədə və anbarda plastik materialları 5kv.m. sahədə yanmışdır. Yanğın saaat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.