Geri

09 mart 2010-cu il, saat 09:00-dək

Şimal-qərb Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Zarağan kəndində "BMW" və "VAZ" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, "VAZ" markalı avtomobildə olan sərnişin xəsarət almışdır. Xilasedicilər hadisə yerində yaralıya ilkin tibbi yardım göstərmiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 10:26-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 3-cü və 4-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə lifti 3-cü mərtəbəyə endirmiş və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:28-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən 1950-ci il təvəllüdlü Ramilya Şarafudinova döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Keçirilmiş ilkin müayinə nəticəsində R.Şarafudinovanın vəfat etdiyi müəyyən edilmişdir. Xilasedicilər qeyd olunan şəxsin cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:22-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 32kv.m. olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki ev əşyaları tamamilə yanmışdır. Yanğın yerinin kəşfiyyatı zamanı 2009-cu il təvəllüdlü Tofiq Elnur oğlu Yarıyevin cəsədi aşkarlanmışdır. Yanğın saat 15:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində bağ sahəsində köşkün yanar konstruksiyaları və içərisindəki ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.