Geri

08 mart 2010-cu il, saat 10:00-dək

Goranboy rayonu, Quşçular kəndində həyətyanı sahədə 4ton ot bağlaması yanmışdır. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə onaltımərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:05-də başa çatmışdır;

Multimedia

İsmayıllı şəhərində vətəndaşa məxsus çayxanada ümumi sahəsi 9kv.m. olan köməkçi otaqda tavanın yanar konstruksiyaları 8kv.m. sahədə və həmin otağın içərisində olan əşyalar tamamilə yanmışdır. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində 1 uşaq giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə giriş qapısının kilidini açmışlar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:18-də başa çatmışdır;

Qusar rayonu, Şiloba kəndində ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 40kv.m. sahədə yanmışdır. Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Novxanı-Corat yolunda "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılmışdır. Nəticədə, avtomobil deformasiyaya uğramış, sürücü və sərnişin qəzada həlak olaraq avtomobildə sıxılmış vəziyyətdə qalmışlar. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlarından istifadə etməklə cəsədləri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 01:53-də başa çatmışdır;

Ağstafa şəhərində ümumi sahəsi 224kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində partlayış hadisəsi baş vermişdir. Nəticədə, yanğın olmuş, evin yanar konstruksiyaları 32kv.m. sahədə yanmış, hadisə zamanı evdə olan 1 nəfər xəsarət almışdır. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilmişdir. Yanğın saat 09:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur;

Daxil olmuş məlumata əsasən, 7-8 mart 2010-cu il tarixlərində Zərdab, Bərdə və Tərtər rayonlarında hava şəraiti kəskin dəyişmiş, güclü külək əsmişdır. Qeyd olunan rayonlarda elektrik və rabitə təsərrüfatlarına ziyan dəydiyi, bəzi evlərin dam örtüyünün zədələndiyi bildirilir. Hazırda hadisənin nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.