Geri

07 mart 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 12kv.m. olan 1 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki ev əşyaları tamamilə yanmışdır. Yanğın saat 09:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İsmayıllı rayonu ərazisində İsmayıllı-Bakı avtomobil yolunun 28-ci kilometrliyində yol kənarında kol-kos 300kv.m. sahədə yanmışdır. Yanğın saat 15:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Kür qəsəbəsində yol kənarında qamışlıq 1ha sahədə yanmışdır. Yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy şəhərində ümumi sahəsi 60kv.m. olan 3 otaqlı mənzildə partlayış baş vermişdir. Nəticədə, yanğın olmuş, otaqların birində qapı və pəncə çərçivədən çıxmış, ev əşyaları 6kv.m. sahədə yanmış, ev sahibi və onun həyat yoldaşı yanıq xəsarətləri almışlar. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır;

Ağcabədi şəhərində həyətyanı sahədə çəpərin 15p.m. hissəsi yanmışdır. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda mazutluq 200kv.m. sahədə yanmışdır. Yaxınlıqdakı yaşayış evləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü və 5-ci mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:42-də başa çatmışdır;

Bakı-Sumqayıt şosesində "VAZ" və "Nissan" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, "Nissan" markalı avtomobilin sürücüsü yaralanaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər yaralını avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:36-da başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə onaltımərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindən enərək 10-cu mərtəbədə yerləşən həmin mənzilə daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:41-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda ondördmərtəbəli yaşayış binasında şaxtada elektrik xətlərinin 60p.m. hissəsi, habelə iki mənzilin hər birində 1 ədəd elektrik sobası yanmışdır. Hadisə zamanı binada olan 20 sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Yanğın saat 00:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olmuşdur;

Biləsuvar rayonu, Ağalıkənd kəndində fərdi yaşayış evinin həyətində 1ton ot bağlaması yanmışdır. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Çaylı kəndində ümumi sahəsi 100kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 40kv.m. sahədə yanmışdır. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.