Geri

06 mart 2010-cu il, saat 10:00-dək

Muğan Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, Salyan şəhərində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Həmin ərazilərin qrunt sularından təmizlənməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası cəlb edilmişdir;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə onsəkkizmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmış və mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1966-cı il təvəllüdlü Məhəmməd Ərəstun oğlu Əliyev tavandan asılmış vəziyyətdə aşkarlanmışdır. Xilasedicilər M.Əliyevin cəsədini aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:20-də başa çatmışdır;

Sumqayıt şəhəri, Corat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200kv.m. olan birmərtəbəli 6 otaqlı fərdi evin yanar konstruksiyaları 30kv.m. sahədə yanmışdır. Yanğın saat 03:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 5kv.m. olan iaşə obyektinin (dönərxana) yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 09:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Şimal-qərb Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, 05.03.2010-cu il tarixində Qəbələ şəhərində "VAZ" və "Hyundai" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, "Hyundai" markalı avtomobildə olan sərnişin xəsarət almışdır. Xilasedicilər hadisə yerində yaralıya ilkin tibbi yardım göstərmiş, həmçinin, müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 20:32-də başa çatmışdır.