Geri

05 mart 2010-cu il, saat 09:00-dək

Şamaxı rayonu, Sabir qəsəbəsində (rayon mərkəzindən 7km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120kv.m. olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 28kv.m. sahədə və tövlənin içərisində olan 90kq ot bağlaması yanmışdır. Yanğın saat 12:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 140kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evin 1-ci mərtəbəsində 2 ədəd divan tamamilə və rəf qismən yanmışdır. Yanğın saat 18:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfərin bağlı qapı arxasında qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər xüsusi nərdivandan istifadə etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən mənzildə heç kimin olmadığı müəyyən edilmişdir. Əməliyyat saat 23:15-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına kömək etmişlər. Əməliyyat saat 01:10-da başa çatmışdır;

Bərdə rayonu, Türkmən kəndində (rayon mərkəzindən 5km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12kv.m. olan köməkçi tikilinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 01:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Zaqatala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60kv.m. olan mağazada tavanın yanar konstruksiyaları 15kv.m. sahədə yanmışdır. Yanğın saat 05:25-də  yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda "Subaru" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanmışdır. Yanğın saat 07:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına avtomobil qəzası səbəb olmuşdur.