Geri

04 mart 2010-cu il, saat 09:00-dək

Bakı şəhəri, Binəqədi rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər müvafiq xilasetmə alət və avadanlıqlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən qonşu mənzilin eyvanından enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:44-də başa çatmışdır;

Samux rayonu, İnstitut qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80kv.m. olan birmərtəbəli 2 otaqlı fərdi evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları ümumilikdə 70kv.m. sahədə yanmışdır. Yanğın saat 20:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərriki yanmışdır. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına avtomobil qəzası səbəb olmuşdur;

Bakı şəhəri, Qaradağ rayonunda N saylı hərbi hissənin ərazisində ümumi sahəsi 2500kv.m. olan, hazırda istifadə olunmayan birmərtəbəli kazarma binasının yanar konstruksiyaları 600kv.m. sahədə yanmışdır. Yanğın saat 01:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.