Geri

31 mart 2010-cu il, saat 09:00-dək

Beyləqan şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 1500kv.m. olan ikimərtəbəli xəstəxana binasının damında kompressor qurğusunun yanar hissələri yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30kv.m. olan köməkçi otaqda tavanın yanar konstruksiyaları 12kv.m. sahədə yanmışdır. Yanğın saat 17:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Şıxlı kəndində (rayon mərkəzindən 7km aralı) yol kənarında kol-kos 700kv.m. sahədə yanmışdır. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda Bakı-Salyan yolunun 55-ci kilometrliyində "HOVO" markalı yük avtomobilinin arxa təkəri yanmışdır. Yanğın saat 22:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 170kv.m. olan ikimərtəbəli 6 otaqlı fərdi evdə tavanın yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 07:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 mart 2010-cu il, saat 14:40-dək

Sumqayıt şəhərində yaşlı qadın giriş qapısının kilidində yaranmış nasazlıq səbəbindən mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər onikimərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən həmin mənzilə qonşu eyvandan daxil olmuş və müvafiq xilasetmə alət və avadanlıqları vasitəsilə giriş qapısını açmışlar. Mənzildə gərgin psixoloji vəziyyətdə aşkarlanmış zərərçəkmiş xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 11:32-də başa çatmışdır.