Geri

30 mart 2010-cu il, saat 16:30-dək

Beyləqan şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 1500kv.m. olan ikimərtəbəli xəstəxana binasının damında kompressor qurğusunun yanar hissələri yanmışdır. Bina yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 mart 2010-cu il, saat 09:00-dək

Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində həyətyanı sahədə 2 ton ot bağlaması yanmışdır. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qobustan rayonu, Təklə kəndində (rayon mərkəzindən 30km aralı) vətəndaşa məxsus ümumi sahəsi 210kv.m. olan tövlədə dam örtüyünün yanar konstruksiyaları 60kv.m. sahədə və tövlənin damına yığılmış 800kq ot bağlaması yanmışdır. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba şəhərində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 6kv.m. olan hamamda dam örtüyünün yanar konstruksiyaları 6kv.m. sahədə yanmışdır. Yanğın saat 18:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 105kv.m. olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 15kv.m sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın saat 21:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qəbələ şəhərində "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə aşmışdır. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücü xəsarət almışdır. Xilasedicilər hadisə yerində zərərçəkmişə ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüş və xüsusi texnika vasitəsilə avtomobili dərədən çıxarmışlar. Əməliyyat saat 01:00 radələrində başa çatmışdır;

Qobustan rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 11km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144kv.m. olan evdə çardağın yanar konstruksiyaları 16kv.m sahədə və çardağa yığılmış 600kq ot bağlaması yanmışdır. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Slavyanka kəndində (rayon mərkəzindən 10km aralı) vətəndaşa məxsus həyətyanı sahədə 600kq ot bağlaması yanmışdır. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yanğın saat 06:48-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində bəzi ərazilərdə qrunt sularının qalxması müşahidə olunmuşdur. Həmin ərazilərin qrunt sularından təmizlənməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və texnikası cəlb edilmişdir.